Mehmet Tuğrul Gücük

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mehmet Tuğrul Gücük
Şəxsi məlumatlar
Doğum tarixi 1955
Doğum yeri
Vəfat tarixi 2 avqust 2016(2016-08-02)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti diplomat

Mehmet Tuğrul Gücük (1955, Ankara2 avqust 2016, Türkiyə) — Türkiyə diplomatı.

Həyatı

Mehmet Tuğrul Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub[1].

Diplomat uzun sürən xəstəlikdən sonra 2016-cı il avqustun 2-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etmişdir. O, Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn edilmişdir.

Diplomatik fəaliyyəti

Mehmet Tuğrul Gücük 1983–1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olmuş, 1995–1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışmışdır[1].

O, 2005–2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləmişdir. 2014-cü ildən isə Türkiyənin İsveçrədəki səfiri idi[1]. Ancaq həyatının təxminən son üç aydı ərzində müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi[1].

İstinadlar

  1. 1 2 3 4 Türkiyənin İsveçrədəki səfiri vəfat edib Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. report.az, 03.08.2016  (az.)