Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.
Paytaxt | |
Ankara | |
---|---|
Ankara | |
39°56′09″ şm. e. 32°50′19″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Mansur Yavaş[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 938 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 312 |
Poçt indeksi | 06000–06999 |
Nəqliyyat kodu | 06 |
Digər | |
ankara.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Anqara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Digər etimologiyaya görə isə Ankara sözü iki sözün birləşməsindən An Kara əmələ gəlir. Bunun mənası isə Türk dilində Ən qara deməkdir.
Ankarada aşkar edilmiş ən qədim tarixi əsərlər qədim daş dövrünə aiddir. Bu dövrə aid müxtəlif əsərlərə Qavurkale, Ergazi, Lodumlu ve Maltəpədə rast gəlmək olar. Bunlardan başqa, Ankaranın Polatlı rayonunda e.ə aid olan 3000-ə qədər olan yaşayış yerləri tapılmışdır.
İlin Super Liqasında iki komandası var: "Gənclərbirliyi" və "Osmanlıspor".[4] İlin komandalarından "Ankaragücü MKE" və "Gənclərbirliyi" 19.209 nəfərlik Ankara 19 may stadionunu[5], "Osmanlıspor" isə 20 min nəfərlik Osmanlı stadionunu istifadə edir.[6] "Ankaragücü MKE", "Hacəttəpəspor", "Keçirörengücü", "Buqsaşspor" II liqada yer alır.
İl mərkəzi İstanbulda təşkil edilən 1959 Avropa Basketbol Çempionatından sonra 2001-ci ildə Türkiyədə təşkil edilən ikinci Avropa Basketbol Çempionatına ev sahibliyi etmişdir.[7] Bu çempionatda Türkiyə milli basketbol komandası Yuqoslaviyadan sonra ikinci yerdə olmuşdur.[8] İldə olan basketbol komandaları Türkiyə Basketbol Liqasında "TED Ankara kollecləri" və "Türk Telekom", Türkiyə Qadınlar Basketbol Liqasında "Çankaya Universiteti İdman Kulubu"-dur. Bu komandalardan biri olan "Türk Telekom", üç dəfə Prezident kubokunu, iki dəfə Türkiyə kubokunu qazanmışdır.[9] 2010-cu ildə tikilən Ankara Arena Çoxməqsədli Basketbol Kompleksi 2010 Dünya Basketbol Çempionatına ev sahibliyi etmişdir.
2017-ci ildə keçirilən Çempionlar kubokunda kişilərdən ikinci yeri "Xalqbank" tutmuşdur. 2016–2017 mövsümündə kişilər arasında keçirilən Voley kubokunda "Xalqbank" ikinci yeri tutmuşdur. 2017–2018 mövsümündə Voley kubokunda kişilərdən çempion "Xalqbank", ikincisi isə "Maliyyə lotereyası" olmuşdur.
Ankara Gənclər və İdman Nazirliyi hər il müxtəlif idman fəaliyyətləri təşkil edir. Yüngül və ağır atletika, gimnastika, velosiped, buz, qılıncoynatma, cüdo, taekvondo, karate, həndbol, at sürmə, güləş, üzgüçülük üçün şəhər mərkəzində müxtəlif imkanlar mövcuddur.[10] Almadağda xizək, digər məhəllələrdə də idman zalları var.[11] Beynəlxalq "Yaşar Doğu Güləş Çempionatı" hər il Ankarada təşkil edilir.
Ankaranın 40 ədəd qardaş şəhəri var.[12] 2003-cü ildən İzmir prospektində Ankanın qardaş şəhərləri üçün abidə var.[13][14][15]