Meyer astrakantası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Meyer astrakantası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Meyer astrakantası (lat. Astracantha meyeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü.

Təbii yayılması

Kiçik Qafqaz dağlarında yayılmışdır.

Botaniki təsviri

15-30 sm hündürlükdə, 15-25 sm diametrində çətir əmələ gətirən, yarpağını tökən xırda koldur. Budaqları 4 sm uzunluqda, 1 mm enində, darçını rəngdə, az və ya çox əyilmiş, xırda tikanlı, boz tüklərlə örtülmüşdür. Yarpaqlarının əsası enli, yumurtaşəkilli, neştərvari, qısa, ucu şiş, üzəri tüklüdür. Yarpaqları 4 (8) cüt, ağ tüklü yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqların uzunluğu 15 mm, eni 5 mm, ellipsvari olub, yuxarı hissəsi qısa tikanlıdır. Çiçəkləri yarpaqların qoltuğunda yerləşərək adətən başcığaoxşar, 3 sm uzunluğunda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, 1 mm enində, xətvari, qayığaoxşar, aşağı hissəsi çılpaq, yuxarısı keçəvari tüklüdür. Kasacığı 6–9 mm uzunluqda, xətvari, ağ, keçətüklü, dilimlidir. Tacı tutqun kül rəngli, kasacıqdan 2 dəfə uzundur. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. Boz gəvən əsasən toxumlarla çoxaldılır. Vegetativ yollada çoxalması mümkündür.

Ekologiyası

Orta dağ qurşaqlarında, əsasən cənub güneylərində, quru, daşlı yerlərdə bitir.

Azərbaycanda yayılması

Naxçıvanda təbii halda yayılmışdır.

İstifadəsi

Gövdəsində qatran vardır. Yaşıllaşdırmada istifadə olunmur.

İstinadlar

Həmçinin bax