Limonium scoparium

Vikipediya, azad ensiklopediya
(Meyer dəvəayağı səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Limonium scoparium
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Limonium scoparium

Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü.

Botaniki təsviri

Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması

Meyer dəvəayağı kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Balkan-Kiçik Asiya ölkələri, İran, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda meyer dəvəayağı Abşeron, Qobustan, Samur-Dəvəçi, Xəzəryanı, Kür-Araz və Lənkəran ovalıqları, Alazan-Əyriçay vadisi və Bozqır yaylası rayonlarında, əsasən aranda və az miqdarda dağətəyində rast gəlir.

Ekoloji qrup və bitdiyi yerlər

Halomezokserofitdir, səhra, çalçəmən və psammofit-litoral bitkilik tiplərində rast gəlir. Yarımsəhrada, şoran torpaqlarda, şoran çəmənlərdə, dəniz sahili və çay vadiləri boyunca böyük sahələrdə, bitkilərin çox az olduğu yerlərdə sıx olmayan açıq bənövşəyi rəngli ləkələr əmələ gətirir.

Kimyəvi tərkibi

Aşı maddələri və karbohidratlarla zəngindir.

Təsiri və tətbiqi

Xalq təbabətində tətbiq edilir. Əsasən ishal, ilan və əgrəb vurma, ağızda iltihab prosesi zamanı istifadə olunur.

İstifadə olunan hissələri - Müalicə məqsədi ilə bitkinin kökü istifadə edilir.

İstifadə formaları - Dəmləmə və toz şəklində.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Boyaq, bal verən, çiçəkləmə vaxtı gözəl dekorativ bitkidir. Köklərinin ekstraktı dərilərin aşılanmasında istifadə oluna bilər. Yerüstü hissəsindən süpürgə bağlanır.

İstinadlar

Həmçinin bax