Mikayıl Rəhimov (zootexnik)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mikayıl Rəhimov
Doğum tarixi 26 sentyabr 1930(1930-09-26)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 2004(2004-10-31) (74 yaşında)
Elm sahəsi zootexnika
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
  • Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası[d]
Mükafatları SSRİ Dövlət mükafatı SSRİ Nazirlər Sovetinin mükafatı

Rəhimov Mikayıl İsmayıl oğlu (26 sentyabr 1930, Tumaslı, Naxçıvan MSSR31 oktyabr 2004) – zootexnik, kənd təsərrüfatı elmləri doktoru (1985), professor (1986), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının (1991) müxbir üzvü. SSRİ Dövlət mükafatı laureatı (1985).[1][2]

Həyatı

Mikayıl Rəhimov 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilib. Ali təhsilini 1953-1958-ci illərdə Perm Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsində alıb.[2]

Əmək fəaliyyəti

Mikayıl Rəhimov 1970-ci ilə kimi Tümen Kənd Təsərrüfatı İnstitutun­da dosent, ka­fed­ra müdiri və Zootexnika fakültəsində dekan vəzifəsini icra edib. 1970-ci ildən 1987-ci ilə kimi Sibir Elmi Tədqiqat Layihə Texnoloji Hey­van­darlıq İnstitu­tunun Ətlik-maldarlıq şöbəsində müdir vəzifəsində çalışıb. 1987-ci ildə akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Hey­van­darlıq İnstitutuna rəhbər təyin olunub.[2]

Akademik fəaliyyəti

Mikayıl Rəhimov 1961-ci ildə Perm Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Xüsusi zootexnika ixtisası üzrə 1964-cü ildə aspiranturanı qurtarmış və "Seksun malının südlük və ətlik keyfiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasını 1985-ci ildə müdafiə edən Mikayıl Rəhimov 1986-cı ildə professor elmi adını qazanıb. 1991-ci ildə isə Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[2]

Alimin elmi rəhbərliyi ilə bir nəfər doktorluq, on dörd nəfər isə namizədlik dissertasiyası müdafiə edib. Heyvandarlıq məhsulları istehsalının texnologiyasının hazırlanmasına və tətbiqinə dair tədqiqatların, 3 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir.[1] O, Azərbaycana gəti­rilən və yetişdi­rilən damazlıq südlük, südlük-ətlik və ətlik cinslərinin hamısının məhsul­darlıq göstəricilərinin xarakterizə edib, sanballı elmi-kütləvi vəsait hazırlayıb. Mikayıl Rəhimov Hollandiyalı mütəxəssislərə Azərbaycanda heyvan­dar fermerlər üçün süni mayalandırma texniklərinin hazırlanması işində kömək göstərib, onların sahə mütəxəssisi kimi formalaşmasında xidmətləri olub.[2]

Mükafatları

Mikayıl Rəhimov Sibirdə iribuynuzlu qaramal fermalarının yeni­dən qurulması əsasında, heyvandarlıq məhsulları istehsalının səmərəli texnologiyasının hazırlanması və tətbiqinə görə bir qrup müəlliflərlə birlikdə 1985-ci ildə dövlət mükafatı alıb.[2]

İstinadlar

  1. 1 2 Mikayıl Rəhimov Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine // Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — NaxçıvanAMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 231. — ISBN 5-8066-1468-9.
  2. 1 2 3 4 5 6 "Rəhimov Mikayıl İsmayıl oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.