Vasif Yusif oğlu Talıbov (14 yanvar 1960, Aşağı Aralıq, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1995–2022), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2024), Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.
Vasif Talıbov | |
---|---|
16 dekabr 1995 – 21 dekabr 2022 | |
Əvvəlki | Namiq Həsənov |
Sonrakı | Azər Zeynalov (i. e.) |
24 noyabr 1995 – 23 sentyabr 2024 | |
1995 – 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşaqları |
Rza Talıbov Seymur Talıbov Baharxanım Talıbova |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.[1]
Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.
Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilmişdir.
Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir.
Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və "Naxçıvan abidələri" ensiklopediyasının redaksiya heyətinin sədridir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[2]
Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.
Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci ildə qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisin sədri Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir.[3][4]
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbov və Naxçıvan MR Ali Məclisinin V və VI çağırışlarının deputatı Seymur Talıbovun atasıdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |