Miranda Veljaçiç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Miranda Veljaçiç
Şəxsi məlumatlar
Doğum tarixi 1976
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miranda Veljaçiç (d.1976, Zaqreb, Xorvatiya) — memar, tədqiqatçı, mədəniyyət xadimi, "Oris" və "Čovjek i prostor" memarlıq jurnallarının redaktoru.

Həyatı

1976-cı ildə Xorvatiyanın mərkəzi Zaqrebdə anadan olan Miranda Veljaçiç hələ tələbəlik illərində — 1999-cu ildə Dinko Peraçiç və Marko Sançaninlə birgə Platform 9,81 memarlıq tədqiqatları üzrə Assosiasiyanın həmtəsisçilərindən biri olub. O hazırda həmin Assosiasiyanın prezidentidir. O, 2002-ci ildə Zaqrebdə memarlıq fakültəsində ali təhsilini başa vurub. 2003-cü ildən o həyat yoldaşı Dinko Peraçiç və 2 övladı ilə birgə Splitdə yaşayır və işləyir.[1][2]

Fəaliyyəti

O, 2006-cı ildə Splitdə Memarlar Assosiasiyanın idarə heyətinin və Multimedia mədəni mərkəzinin proqram komitəsinin üzvü oldu. Miranda Veljaçiç Krvaviçada Rikard Marasoviç tərəfindən həyata keçirilən Senatoriya modernist memarlığın mirvarisinin müdafiəsi və qorunub saxlanılması ilə bağlı tədqiqat üzərində işləyir.

2015-ci ildə "Mostra di Architettura di Venezia" adı altında 2 ildən bir keçirilən beynəlxalq memarlıq sərgisində Xorvatiya nümayəndə heyətinin üzvü oldu.[3][4]

Xarici keçidlər

İstinadlar

  1. ""platforma 9,81 : Miranda Veljačić". platforma981.hr". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
  2. ""HURA — CV Miranda Veljačić". huraarhitektura.arhitekti-hka.hr". 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
  3. ""The Front Line of Architecture". kulturpunkt". 2016-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
  4. ""Slobodna Dalmacija — Splitski Dom mladih bit će predstavljen na 15. venecijanskom bijenalu arhitekture". slobodnadalmacija.hr (in Croatian)". 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.