Munira məscidi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Munira məscidi
«Мөнирә» мәсете
Din
Statusu Cümə məscidi
Yerləşməsi
Ölkə  Başqırdıstan
Şəhər Ufa
Memarlıq
İnşa tarixi 2002 – 2011
Munira məscidi xəritədə
Munira məscidi
Munira məscidi
Saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Munira məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonu ərazisində Nijeqorodka yaşayış məntəqəsində cümə məscidi. Şəhərin bu hissəsinin yeganə məscididir. Dolqoe gölünün sahilində yerləşir.

Tarixi

Munira məscidi Munira Bayqildinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. O, müsəlman qadınları cəmiyyətinin sədridir.[1]

Məscid 100 nəfərlikdir. Məscidin memar Vəkil Davleçtindir. O, həmdə Lalə-Tülpan Kafedral məscidinin memarıdır. Məscidin tikintisinə 2002-ci ildə başlanılır. Təntənəli açılış 2011-ci ildə baş tutur.

İslam bayramlarında burada çoxlu sayda müsəlman Nijeqorodkalılar yığışır. Məsciddə şəriət qaydalarına uyğun geyimlərin mooda nümayişi keçirilir.

Məscid yaxınlığında hokkey meydancasının inşası gedir.[2]

İstinadlar

  1. "В уфимской мечети совершено нападение на главу мусульманского общества" (rus). IslamNews. 2010-10-04. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.
  2. Диана Султанаева. "В Уфе хоккейная площадка впервые появилась при мечети" (rus). Медиакорсеть. 2011-12-27. 2012-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-10.

Mənbə