Murat Ülkər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Murat Ülkər
Doğum tarixi 21 mart 1959(1959-03-21) (65 yaş)
Doğum yeri
Uşağı 3
Atası Sabri Ülkər
Təhsili
Fəaliyyəti təşəbbüskar, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok[1] kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir[2][3].

Bioqrafiyası

Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir[4].

Yıldızda işləməsi

1984-cü ildə Ülker nəzarət koordinatoru olaraq Yıldız Holdinqin bir hissəsi olan Ülker qida şirkətinə qatılır. Sonrakı illərdə Enterprises üçün general direktor köməkçisi, daha sonra general direktor vəzifəsini icra edir. 2000-ci ildə Ülker Yıldız Holdinqin icraçı direktoru olur və 2008-ci ildə general firektor vəzifəsinə başlayır. Yıldız başçılığı altında işini genişləndirir və 2008-ci ildə GODIVA Chocolatier və 2014-cü ildə United Biscuits daxil olmaqla bir neçə satınalma edir[5]. 2016-cı ildə Yıldız, üç markanı birləşdirən yeni bir qlobal müəssisə, pladis qurulur: Ülker, United Biscuits və DeMet's Candy Company[6].

Xeyriyyə

2009-cu ildə Ülker ailəsi qida istehlakı sahəsində xalq sağlamlığını inkişaf etdirmək üçün Sabri Ülkər Vəqfini qurdu.

2014-cü ildə Ülker ailəsi Harvard Universitetinə 24 milyon dollar bağışlayır[7]. T.H.Çan Xalq Sağlamlığı Məktəbində Sabri Ülkər Qidalandırıcı, Genetik və Metabolik Tədqiqatlar Mərkəzinin qurulması üçün 10 il ərzində paylanan maliyyə təminatı edir. Mərkəz şəkərli diabet və ürək-damar xəstəlikləri olan insanlara kömək etmək üçün xroniki və mürəkkəb xəstəliklərlə məşğul olur[8].

Ülkər 1993-cü ildə Ülker basketbol klubunun yaradılmasında iştirak edir. Klub altı dəfə Prezident kubokunu, üç dəfə Türkiyə kubokunu qazanır. Ülkər həmçinin Euroleague Cup və Korac Cup dörddəbir finalına yüksəlir[4][9]. Ülkər on il ərzində Fənərbaxça Stadionunu Şükrü Saraçoğlu adını daşımasına izin alır. Ülkər idman arenasına da sponsorluq etmişdir[10]. İş adamı əvvəllər digər futbol klublarını da dəstəkləyirdi, lakin sonradan sponsorluğunu dayandırmışdır[11].

Murat Ülkər bir sənət toplayıcısıdır. 2012-ci ildə onun dəstəyi ilə İstanbulda çağdaş türk sənətkarlarının əsərlərindən ibarət bir sərgi keçirilmişdir[12].

Şəxsi həyatı

Murat Ülkər üç uşaq atasıdır və İstanbulda yaşayır[13].

İstinadlar

  1. "Forbes, Türkiye'nin en zengin insanları listesini açıkladı" (türk). Mlliyet. 1 March 2018. 15 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  2. "Murat Ülker 5. defa Türkiye'nin en zengini" (türk). Turkiye. 2 March 2018. 29 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  3. "Forbes milyarderler listesinde 40 Türk! Murat Ülker, Türklerde ilk sırada" (türk). Gidahatti. 6 March 2018. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  4. 1 2 "Dünyanın en varlıklı insanları kimler?" (türk). Super Haber TV. 7 March 2018. 9 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  5. "Ülker to become international Pladis". Daily Sabah. 17 January 2016. 30 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  6. "Murat Ülker'den 'Ülker ve Pladis' açıklaması" (türk). Sabah. 3 January 2018. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  7. "$24 Million Gift to Harvard School of Public Health to Establish Center for Nutrient, Genetic, and Metabolic Research". News. 30 September 2014. 20 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2017.
  8. "$24-Million Donation to School of Public Health". Harvard Magazine. 24 September 2014. 25 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  9. Chris Waugh. "Who is Murat Ulker? The Turkish billionaire linked with £220million Newcastle United takeover bid". Mirror. 17 October 2017. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  10. "Murat Ülker: "Sabri Bey, Ülkerspor'un kuruluşuna, şampiyonluk şartıyla izin verdi."" (türk). Sabri Ulker in Hayathi Kayesi. 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  11. "Yıldız Holding Başkanı, Ülker Grubu'nun sahibi Murat Ülker, geçtiğimiz yıl gündeme getirdiği futboldan çekilme düşüncesini uygulamaya koydu" (türk). Borsa Gundem. 15 October 2015. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2021.
  12. "Why is Murat Ülker's sponsorship of Istanbul Modern important?" (ingilis). Hürriyet Daily News. 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
  13. "Murat Ulker" (ingilis). Forbes. 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.