Murat Ülkər (türk. Murat Ülker; d. 21 mart 1959, İstanbul) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok[1] kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir[2][3].
Murat Ülkər | |
---|---|
Doğum tarixi | 21 mart 1959 (65 yaş) |
Doğum yeri | |
Uşağı | 3 |
Atası | Sabri Ülkər |
Təhsili |
|
Fəaliyyəti | sahibkar, iş adamı |
Vikianbarda əlaqəli mediafayllar |
Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir[4].
1984-cü ildə Ülker nəzarət koordinatoru olaraq Yıldız Holdinqin bir hissəsi olan Ülker qida şirkətinə qatılır. Sonrakı illərdə Enterprises üçün general direktor köməkçisi, daha sonra general direktor vəzifəsini icra edir. 2000-ci ildə Ülker Yıldız Holdinqin icraçı direktoru olur və 2008-ci ildə general firektor vəzifəsinə başlayır. Yıldız başçılığı altında işini genişləndirir və 2008-ci ildə GODIVA Chocolatier və 2014-cü ildə United Biscuits daxil olmaqla bir neçə satınalma edir[5]. 2016-cı ildə Yıldız, üç markanı birləşdirən yeni bir qlobal müəssisə, pladis qurulur: Ülker, United Biscuits və DeMet's Candy Company[6].
2009-cu ildə Ülker ailəsi qida istehlakı sahəsində xalq sağlamlığını inkişaf etdirmək üçün Sabri Ülkər Vəqfini qurdu.
2014-cü ildə Ülker ailəsi Harvard Universitetinə 24 milyon dollar bağışlayır[7]. T.H.Çan Xalq Sağlamlığı Məktəbində Sabri Ülkər Qidalandırıcı, Genetik və Metabolik Tədqiqatlar Mərkəzinin qurulması üçün 10 il ərzində paylanan maliyyə təminatı edir. Mərkəz şəkərli diabet və ürək-damar xəstəlikləri olan insanlara kömək etmək üçün xroniki və mürəkkəb xəstəliklərlə məşğul olur[8].
Ülkər 1993-cü ildə Ülker basketbol klubunun yaradılmasında iştirak edir. Klub altı dəfə Prezident kubokunu, üç dəfə Türkiyə kubokunu qazanır. Ülkər həmçinin Euroleague Cup və Korac Cup dörddəbir finalına yüksəlir[4][9]. Ülkər on il ərzində Fənərbaxça Stadionunu Şükrü Saraçoğlu adını daşımasına izin alır. Ülkər idman arenasına da sponsorluq etmişdir[10]. İş adamı əvvəllər digər futbol klublarını da dəstəkləyirdi, lakin sonradan sponsorluğunu dayandırmışdır[11].
Murat Ülkər bir sənət toplayıcısıdır. 2012-ci ildə onun dəstəyi ilə İstanbulda çağdaş türk sənətkarlarının əsərlərindən ibarət bir sərgi keçirilmişdir[12].
Murat Ülkər üç uşaq atasıdır və İstanbulda yaşayır[13].