Mustafa Yılmaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mustafa Yılmaz
Mustafa Yılmaz 2023-cü ildə
Mustafa Yılmaz 2023-cü ildə
Ölkə  Türkiyə
Doğum tarixi 5 noyabr 1992(1992-11-05) (31 yaş)
Doğum yeri
Titulu qrosmeyster (2012)
Son reytinqi
  • 2.641 (fevral 2024)[2]
Maksimal reytinqi 2665 (dekabr 2023)
FİDE nömrəsi 6302718
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Yılmaz (türk. Mustafa Yılmaz; 5 noyabr 1992, Kastamonu ili[1]) — türk şahmatçı, qrosmeyster (2012).

Şahmat karyerası

Mustafa Yılmaz 5 noyabr 1992-ci ildə Türkiyənin Kastamonu ilində anadan olub. Atası fizika müəllimi, anası isə evdar qadındır.[3]

Şahmat oynamağa yeddi yaşında başlayıb.[4] Ona bu oyunun qaydalarını böyük bacısı — şahmatçı[5] Ezgi Yılmaz Babaoğlu öyrədib.[3]

İlk ciddi uğuru 2002-ci il Avropa çempionatının (U-10 kateqoriyasında) bürünc medalı olub.[3][4] Bu üçüncülük, Türkiyənin yaş kateqoriyalarında qazandığı ilk medal hesab olunur.[4]

2009-cu ildə, 17 yaşında olarkən şahmat üzrə Türkiyə çempionu olmuş və bununla da ən gənc ölkə çempionu kimi tarixə düşmüşdür.[3][4] Eyni ildə beynəlxalq usta adını qazanıb.[3]

2017 və 2022-ci illərdə müvafiq olaraq ikinci və üçüncü dəfə Türkiyə çempionu adını qazanıb.[6][7]

Mustafa Yılmaz müxtəlif illərdə kişilərdən ibarət şahmat üzrə Türkiyə yığma komandasının heyətində Şahmat Olimpiadalarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.[3][4]

Şəxsi həyatı

Mustafa Yılmaz 21 yaşında olarkən,[3] azərbaycanlı şahmatçı Nigar Yılmaz[8] (qızlıq soyadı: Novruzova)[9] ilə ailə həyatı qurub.[10]

İstinadlar

  1. 1 2 Certificate of Title Result.
  2. FİDE FIDE Standard Ratings as of 29 february 2024. 2024.
  3. 1 2 3 4 5 6 7 "2009-2017 Türkiye Şampiyonu GM Mustafa Yılmaz" (PDF). fyakademi.com. 2023-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-01.
  4. 1 2 3 4 5 "GM Mustafa Yılmaz". satrancakademi.com.tr. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  5. "Yilmaz Babaoglu, Ezgi". fide.com. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  6. "RODOSTOŞAH 2016-2017 TÜRKİYE SATRANÇ ŞAMPİYONASI". tsf.org.tr. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  7. "Türkiye Şampiyonu GM Mustafa Yılmaz". tsf.org.tr. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  8. "Yilmaz, Nigar". fide.com. 2022-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  9. "Transfers in 2014". fide.com. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  10. "Süper Lig'de Üçüncü Tur". superlig2014.tsf.org.tr. 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.

Xarici keçidlər