Mustafa Yılmaz (türk. Mustafa Yılmaz; 5 noyabr 1992, Kastamonu ili[1]) — türk şahmatçı, qrosmeyster (2012).
Mustafa Yılmaz | |
---|---|
| |
Ölkə | Türkiyə |
Doğum tarixi | 5 noyabr 1992 (32 yaş) |
Doğum yeri | |
Titulu | qrosmeyster (2012) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.665 (dekabr 2023) |
FİDE nömrəsi | 6302718 |
Vikianbarda əlaqəli mediafayllar |
Mustafa Yılmaz 5 noyabr 1992-ci ildə Türkiyənin Kastamonu ilində anadan olub. Atası fizika müəllimi, anası isə evdar qadındır.[3]
Şahmat oynamağa yeddi yaşında başlayıb.[4] Ona bu oyunun qaydalarını böyük bacısı — şahmatçı[5] Ezgi Yılmaz Babaoğlu öyrədib.[3]
İlk ciddi uğuru 2002-ci il Avropa çempionatının (U-10 kateqoriyasında) bürünc medalı olub.[3][4] Bu üçüncülük, Türkiyənin yaş kateqoriyalarında qazandığı ilk medal hesab olunur.[4]
2009-cu ildə, 17 yaşında olarkən şahmat üzrə Türkiyə çempionu olmuş və bununla da ən gənc ölkə çempionu kimi tarixə düşmüşdür.[3][4] Eyni ildə beynəlxalq usta adını qazanıb.[3]
2017 və 2022-ci illərdə müvafiq olaraq ikinci və üçüncü dəfə Türkiyə çempionu adını qazanıb.[6][7]
Mustafa Yılmaz müxtəlif illərdə kişilərdən ibarət şahmat üzrə Türkiyə yığma komandasının heyətində Şahmat Olimpiadalarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.[3][4]
Mustafa Yılmaz 21 yaşında olarkən,[3] azərbaycanlı şahmatçı Nigar Yılmaz[8] (qızlıq soyadı: Novruzova)[9] ilə ailə həyatı qurub.[10]