Nəbi Tamayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəbi Tamayev
azərb. Nəbi Koroğlu oğlu Tamayev
Doğum tarixi 1887
Doğum yeri
Vəfat tarixi 2 iyun 1957(1957-06-02)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti qoyunçu
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1948
"Lenin" ordeni

Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948).[1]

Həyat və əmək fəaliyyəti

Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.[2]

İstinadlar

  1. Наби Короглы оглы Тамоев на сайте podborslova.ru [ölü keçid]
  2. Tamayev Nəbi Koroğlu oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

Xarici keçidlər