Nail Ələkbərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nail Ələkbərov
Nail Nadir oğlu Ələkbərov
Doğum tarixi
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
  • Ə.Əzimzadə adına Rəssamlıq Texnikumu (1998)
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (2004)
  • École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbi
  • Lumiere Universiteti (2011)

Nail Ələkbərov (azərb. Nail Nadir oğlu Ələkbərov; d.1979, Bakı‎) — rəssam.

Haqqında

Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olmuşdur. Rəssam Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmiş (1998), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır (2004). O, Fransanın Limoj şəhərindəki École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır.[1][2]

Yaradıcılığı

Yeddi gözəl

Nail Ələkbərov "Yarat" Müasir İncəsənət Məkanı layihəsində iştirak edərək, Azərbaycan xalqının tarixi keçmişini, ənənələrini özündə əks etdirən "Yeddi gözəl" əsərini yaratmış və təqdim etmişdir. "Yeddi gözəl" Bakının mərkəzində - İçərişəhərdə ucaldılmışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir.[1]

Seçilmiş fərdi sərgilər:

  • 2012 - MAPRA qalereyası.
  • 2011 - La Biennale de Lyon - resonance - MAPRA qalereyası. Lion, Fransa.
  • 2010 - DALBE qalereyası. Lion, Fransa.

Seçilmiş qrup sərgilər

  • 2011 - “Foreword”, “YARAT!” Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan.
  • 2009 - Le Prince Gallery. Lion, Fransa.
  • 2008 - ENSA – Limoges gallery. Limoj, Fransa.
  • 2008 - Synthesis - biennale. Bisbal, İspaniya.
  • 2008 - Pavillon du Verdurier Gallery. Limoj. Fransa.
  • 2007 - Caban Art symposium. Ambazak, Fransa.
  • 2007 - Urbaka symposium. Limoj, Fransa.
  • 2006 - Müasir İncəsənət Simpoziumu. Bakı, Azərbaycan.
  • 2006 -“The youth people century”, Moskva Rəssamlar Birliyi. Moskva, Rusiya.
  • 2005 - “Vedat Tek”, Mədəniyyət və İncəsənət Mərkəzi. Kastamonu, Türkiyə.
  • 2000 - “Utopi Province”, Mərmərə Beynəlxalq Treninq Universiteti. İstanbul, Türkiyə.
  • 1998 - “Novruz – 98”, Azərbaycan Rəssamları Birliyi. Bakı, Azərbaycan.

İstinadlar

  1. 1 2 ""012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam Nail Ələkbərovun "Yeddi gözəl" əsəri təqdim edilmişdir". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-15.
  2. "Fransada azərbaycanlı rəssam Nail Nadir Ələkbərovun sərgisi açılıb". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-15.

Xarici keçidlər