Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olmuşdur. Rəssam Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmiş (1998), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır (2004). O, Fransanın Limoj şəhərindəki École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır.[1][2]
Nail Ələkbərov "Yarat" Müasir İncəsənət Məkanı layihəsində iştirak edərək, Azərbaycan xalqının tarixi keçmişini, ənənələrini özündə əks etdirən "Yeddi gözəl" əsərini yaratmış və təqdim etmişdir. "Yeddi gözəl" Bakının mərkəzində - İçərişəhərdə ucaldılmışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir.[1]