Nataliya Şarovskaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nataliya Şarovskaya
Nataliya Yuryevna Şarovskaya
Digər adı Nataliya Haşımova
Doğum tarixi
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti Aktrisa
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID15896386

Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).

Həyatı

N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır.

Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il[1]

Filmoqrafiya

  1. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  2. Otel otağı (film, 1998)
  3. Yoxlama (film, 2006)

İstinadlar

  1. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.