Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).
Nataliya Şarovskaya | |
---|---|
Nataliya Yuryevna Şarovskaya | |
Digər adı | Nataliya Haşımova |
Doğum tarixi | |
Həyat yoldaşı | |
Fəaliyyəti | Aktrisa |
Mükafatları | |
IMDb | ID15896386 |
N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır.
Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.