Naxçıvan Bəy Drujinası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Naxçıvan Bəy DrujinasıNaxçıvanİrəvan bəy ailələri nümayəndələrindən yaradılmış hərbi hissə.[1]

Tarixi

1853-cü ilin sonlarında təşkil olunmuşdur. Drujinanın yaranmasının təşəbbüskarı və ilk komandiri o zaman podporuçik rütbəsini daşıyan sonuncu Naxçıvan xanı Ehsan xanın oğlu Kalbalı xan Naxçıvanski olmuşdur. 1854-cü ilin iyununda Krım müharibəsi dövründə Çingil yüksəkliklərində baş verən döyüşlərdə göstərdiyi rəşadətə görə Kalbalı xan 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Həmin il imperator I Nikolay şəxsən Kalbalı xanın adına döyüş bayrağı göndərmişdir.

Sonralar Osmanlılara qarşı bütün əməliyyatlarda irəvanlılar da bu drujinanın yüzlüklərində çıxış etmişdir. Qafqaz Hərbi-Tarix Muzeyinin “Bələdçi” kitabındakl məlumata görə 1874-cü ildə general-mayor rütbəsi almış Kalbalı xan Naxçıvanski qeyri-süvari nizami briqadasının komandiri təyin olunmuş və Naxçıvan bəy yüzlükləri bu bayraqla 1877-78-ci illər hərbi əməliyyatlarında iştirak etmişlər. Bayraq qumaşı (145x120 sm) dörkünç mavi qanovuz ipəyindəndir.[1] 

Həmçinin bax

İstinadlar

  1. 1 2 Naxçıvan Bəy Drujinası// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 72. — ISBN 5-8066-1468-9

Xarici keçidlər