Naxçıvan Elektrotexnika Zavodu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Naxçıvan Elektrotexnika Zavodu- (1961 -ci il) elektrotexnika sənayesi müəssisəsi.[1]

Tarixi

Naxçıvan Radiotexnika məmulatları zavodu adı ilə 1961-ci ildə yaranmış və 1965-ci ildən indiki adını daşıyır. 1961-1965-ci illərdə müxtəlif radiotexniki hissə və məmulatlar istehsal edilmişdir. Həmin dövrdə zavodda 40 nəfərədək işçi çalışmışdır. Zavod 1965-ci ildən lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatların istehsalına başlamış və 1977-ci ilədək bu məmulatlar zavodun istehsal etdiyi yeganə məhsul olmuşdur. 1977-ci ildən bu məhsulların istehsal həcminin artırılması ilə bərabər, elektrik-quraşdırıcı məmulatların və sənaye işıqlandırıcılarının istehsalı və mənimsənilməsinə də başlanmışdır.

İstehsalı

1965-1982-ci illər ərzində bu məhsulun konstruksiyasında və istehsal texnologiyasında 5 dəfə ciddi dəyişikliklər aparılmışdır. 1989-cu ildə zavodun ümumi məhsulunun 87,6%-ni lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatlar, 5,6%-ni tikiş maşınları üçün işıqlandırıcılar, 0,3%-ni k. t. üçün işıqlandırıcılar, 6,5%-ni müxtəlif elektrik quraşdırıcı məmulatların istehsalı təşkil edirdi. Həmin dövrlərdə zavodda işləyənlərin sayı 480 nəfərə çatmışdı. SSRI-nin dağılması, iqtisadi əlaqələrin pozulması, respublikada işıq texnikası avadanlıqlarına ehtiyacın xeyli azalması səbəbindən zavod 1992 -cı ilin avqustundan 1994-cü ilin mart ayınadək işləməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (1994) N. e. z. Bakı İstehsalat Birliyinin tərkibindən çıxarılaraq Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə verilmişdir. 1994-cü ilin mart ayından zavodda Naxçıvan Muxtar Respublikasının daxili tələbatına uyğun mallar istehsal edilir.[1]

İstinadlar

  1. 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.