Nazikbaş çömçəxul

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nazikbaş çömçəxul
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Növ:
Nazikbaş çömçəxul
Beynəlxalq elmi adı

Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.

Yayılması

Xəzərin endemik növüdür. Orta və Cənub Xəzərdə yayılıb.

Morfoloji əlamətləri

Əvvəlki növlərə nisbətən bədəni və başı az enlənmişdir. Başın eni uzunundan xeyli azdır (ortalama 71%), burnu gödək və girdədir. Başın üst tərəfində çökək yalnız gözlərin arasında nəzərə çarpır. Başın alt tərəfində dəri qırışlar və bığcıq adətən olmur. Başın səthi çılpaqdır.

Yaşayış yeri və həyat tərzi

Samurdan Abşerona qədər dənizin cənub-qərb sahillərində seyrək, Cənubi Xəzərin bütün qərb sahilində isə azsaylıdır.[2]

Çoxalması

Dənizdə yaşayan balaca növlərdən olduğu üçün öyrənilmiyib.

Təsərrüfat əhəmiyyəti

Vətəgə əhəmiyyəti yoxdur.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. "Arxivlənmiş surət". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.

Həmçinin bax