Nazim Mahmudov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nazim Mahmudov
Mahmudov Nazim İdris oğlu
Doğum tarixi 12 iyun 1958(1958-06-12) (65 yaş)
Doğum yeri
Elmi dərəcəsi Fizika‑riyaziyyat elmləri doktoru
Elmi adı
İş yeri
  • Şərqi Aralıq Dənizi Universiteti[d] (1993–)[1]
Təhsili

Nazim İdris oğlu Mahmudov (12 iyun 1958, Cəbrayıl rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri.

Həyatı

Mahmudov Nazim İdris oğlu 1958-ci il iyunun 10-da Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sultanlı kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1980–1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasında oxuyub. "Hilbert fəzasında stoxastik optimal idarəetmə" mövzusunda namizədlik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA Kibernetika İnstitutunun riyazi kibernetika laboratoriyasında işləməyə başlayıb. N. Mahmudov 1993-cü ildən Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasında işləyir. 2004-cü ildə ona professor elmi adı verilib. 2011-ci ildən Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiridir.[2]

İstinadlar

  1. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  2. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.

Xarici keçidlər