Neftin aztolu birləşmələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Neftin azotlu birləşmələri – alifatik, aromatik aminlərin, həmçinin heteroaromatik birləşmələrin mürəkkəb qarışığıdır. Onların ən sadə nümayəndələrindən biri RNH2.

Birləşmənin aqreqat halı

Bu birləşmələrin alçaqmolekullu nümayəndələri qaz, yüksəkmolekullu nümayəndələri isə mayelərdir.

Neftin tərkibində azotun miqdarı

[1] Neftin tərkibində azotun miqdarı 1%- dən artıq olmur. Neft yatağından asılı olaraq bu faiz azalır. Azotlu birləşmələr yüksək temperaturda qaynayan fraksiyalarda və əsasən ağır qalıqlarda konsentrə olunub. Məsələn, Balaxanı neftinin distillatlarında azotun miqdarı: kerosində 0,015, qazoylda 0,081, maşın yağında 0,16, ağır silindr yağında 0,313, yüngül silindr yağında 0,418, qudronda 1,027% təşkil edir. Azotlu birləşmələrin əsas hissəsi neftdən 50–600C temperaturda 40 %-li sulfat turşusu ilə etil spirtinin qarışığı vasitəsilə çıxarılır.

Azotlu birləşmələrin qrupları

Azotlu birləşmələr iki böyük qrupa bölünür: azotlu əsaslar və neytral azotlu birləşmələr.

Azotlu əsaslar

Azotlu əsaslar – bir(bəzən iki) halqada azot atomunun əvəzolunması nəticəsində alınan və üçə qədər halqası olan heterotsiklik əsaslardır. Buna misal olaraq heterotsiklik azotlu törəmələrdən piperidini və piridinı göstərmək olar:

Piperidin

Piperidin güclü ikili əsasdır, müxtəlif şəraitdə 6 hidrogen atomu itirərək piridinə çevrilir.

Piridin

Kimyəvi xassəsinə ğörə piridin benzola oxşayır: bromlaşma, nitrolaşma və sulfolaşma reaksiyalarına qabildir, hidrogenləşərək piperidinə çevrilir. Neftdə azotlu əsaslardan xinolin və izoxinolin də tapılmışdır:

Xinolin və izoxinolin

Xinolinizoxinolin zəif əsaslardır. Azotlu əsaslar dezinfeksiya vasitələri, güclü həlledici, sürtkü yağlarına, bitumlara qatqı, həmçinin korroziya inhibitorları və antioksidəşdirici kimi istifadə olunur. Neytral azot birləşmələri pirrolun, benzopirrolun (indol, karbozol) homoloqlarıdır.

pirrol karbazol indol Neft fraksiyalarının qaynama temperaturunun yüksəlməsi neytral azot birləşmələrinin miqdarının artmasına və azotlu əsasların miqdarının azalması ilə müşahidə olunur. Son zamanlar neftlərdən xlorofil törəmələri (bitgilərdə) və qana qırmızılıq verən (canlı orqanizmlərdə) piqment heminin törəmələri aşkar edilmişdir. Xlorofil və hemoqlobinin qurluşunun əsasını porfirin skeleti təşkil edir.

Porfirin

Neftin azotlu birləşmələrinin hansı maddələrdən əmələ gəlməsi indiyə qədər mübahisəlidir, bu məsələ neftin əmələ gəlməsi ilə sıx əlaqədardır. Belə fərz edilir ki, neftin azotlu birləşmələri bitki və heyvan orqanizmlərində təsadüf edilən mürəkkəb azotlu birləşmələrin destruksiya məhsullarıdır. Bu mürəkkəb azotlu birləşmələrin ilk parçalanma məhsulları (porfirinlər) bir sıra neftlərdə aşkar edilmişdir. Neftlərdə azotlu birləşmələrin olması neftlərin üzvi birləşmələrdən əmələ gəlməsi nəzəriyyəsinin düzgünlüyünə sübutdur.

Mənbə

  1. B. C. Şıxəlizadə, Q. İ. Səfərov, R. M. Azəri. Neft və qaz kimyası. Bakı, 1978, 338 s.

2. Самедова.Ф.И.,Мир-Бабаев. М.Ф. Высокомолекулярные гетероатомные соединения нефтей Азербайджана. Баку: Нефис, 1992, 138 с.