Nehrəm məktəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi.

Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir.

Mənbə

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.375.