Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Nehrəm məktəbi — Babək rayonunun Nehrəm kəndinin mərkəzində memarlıq abidəsi.
Məktəb binası hazırda bərpa olunsa da köhnə arxitektura üslubunu qoruyub saxlamışdır. Ümumi planda dördkünc olan binanın xarici divarları girintili-çıxıntılıdır. Bu arxitektura üslubu XIX əsrdə Naxçıvanda tikilən bir sıra binaların tikintisində istifadə edilmişdir. Azərbaycanın məşhur yazıçısı Cəlil Məmmədquluzadə vaxtilə bu məktəbdə dərs demişdir. Hazırda binada C. Məmmədquluzadənin xatirə muzeyi yerləşir.