Nemes yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nenes yarımadası
Yerləşməsi
69°42′17″ şm. e. 31°24′33″ ş. u.
Akvatoriya Barens dənizi
Ölkə  Rusiya
Nenes yarımadası xəritədə
Nenes yarımadası
Nenes yarımadası
Maloneneskaya buxta
Nenes yarımadasının xəritəsi

Nenes yarımadası[1]Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır.[2]

Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır. Bitki örtüyü zəyifdir və tundradır. Sahil sularında balıq, yengəc, dəniz kirpisi və s canlılar yaşayır.

Yarımadanın sahillərində dərinlik 24 metrdir. Mərkəzində isə mağara vardır. Böyük Vətən müharibəsi dönəmində burada almanlara məxsus 150-ci artilleriya bateriyası yerləşdirilmişdir. Müharibədən sonra ərazini sonvet hərbiçiləri istifadə etmişdir. 1990-cı illərdə tədricən köçürülmüşdür. Hazlrda dayver həvəskarları tərəfindən istifadə edilir[3]

İstinadlar

  1. "Xəritə". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.
  2. "Topoqrafik xəritə". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.
  3. Немецкая береговая фортификация в районе Лиинахамари Arxivləşdirilib 2009-02-02 at the Wayback Machine (rus.)

Mənbə