Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır.
Barens dənizi | |
---|---|
rus. Moре Баренца | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 1 424 000 km² |
Həcmi | 282,000 km³ |
Dərin yeri | 600 m |
Orta dərinliyi | 222 m |
Tökülən çay | Peçora |
Yerləşməsi | |
71°00′00″ şm. e. 41°00′00″ ş. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Şimali Avrasiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır. Barens dənizi nəqliyyat və balıqçılıq üçün böyük əhəmiyyətə malikdir — burada böyük limanlar yerləşmişdir (Murman və Vardyo limanı (Norveç)).
Atlantik okeandan gələn isti və duzlu su axınları nəticəsində ilboyu buz tutmur.