Nerit sahə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Nerit sahəDünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitkiheyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır.[1]

Nerit çöküntüləri

Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.

Həmçinin bax

İstinad

  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008