Nindza tısbağalar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Nindza tısbağalar (ing. Teenage Mutant Ninja Turtles, qısaldılmış variant: TMNT) — senseyləri mutant-siçovul olan Usta Splinter tərəfindən nindza sənətini öyrənmiş uydurma dörd mutant tısbağadan ibarət komanda. Cəmiyyətdən Manhettenin kanalizasiyalarında gizlənərək, onlar şəhər küçələrindəki şər qüvvələrə qarşı mübarizə aparırlar. Onları iki rəssam – Kevin İstmen və Piter Lerd yaradıb. 2009-cu ildə tısbağalar təntənə ilə öz 25 illiyini qeyd etdilər. 2009-cu ilin payızında "Nindza tısbağalar"ın yayım hüququ Nikelodeon telekanalı tərəfindən alınmışdır.

Baş qəhrəmanlar

  • Rafael (ing. Raphael) — nindza tısbağalar arasında ən aqressivi və qısqancıdır. Leonardonun gücünə qısqanır. Həmişə davada ilk hücum edir. Qırmızı maska taxır. Silahı iki iti saidir. O, Rafael Santinin şərəfinə adlandırılıb.
  • Leonardo (ing. Leonardo) — nindza tısbağalar arasında ən güclüsüdür. Həmişə qardaşlarına dava zamanı kömək edir. Mavi maska taxır. Silahı iki qılıncdır. O, Leonardo da Vinçinin şərəfinə adlandırılıb.
  • Donatello (ing. Donatello) — həvəskar-alim, tədqiqatçı və "sadəcə dahi". Mübahisələrin sülh yolu ilə həllinə üstünlük verir. Bənövşəyi maska taxır. O, heykəltaraş Donato di Nikkolo di Betto Bardinin şərəfinə adlandırılıb. Silahı bo çubuğudur.
  • Mikelancelo (ing. Michelangelo) — mehriban və laqeyd Mikelancelo komandadakı baş komikdir. Komikslər oxumağı və pitsa yeməyi sevir. Narıncı maska taxır. Silahs iki nunçakdır. O, Mikelancelo Buonarrotinin şərəfinə adlandırılıb.
  • Splinter (ing. Splinter) — Yaponiyada Hamato Yoşi adında nindza siçandır.

Xarici keçidlər