Nizami Qocayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nizami Qocayev
Nizami Mehralı oğlu Qocayev
Doğum tarixi (69 yaş)
Doğum yeri Qaraqoyunlu, Salah, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Azərbaycan Bayrağı" ordeni — 1995

Nizami Mehralı oğlu Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi (2016-cı ilə qədər)

Həyatı

Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olmuşdur.

Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi.

Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilmişdir[1].

Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.[2].

Hal-hazırda Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisidir.2016-cı ildən bu vəzifədə çalışır.

Mükafatları

İstinadlar

  1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı[ölü keçid]
  2. "Azadlıqdan məhrum etmə növündə cəza çəkən bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.