Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub.
Tarixi dövlət | |||||
Ermənistan Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
«Պրոլետարներ բոլոր երկրների, միացե՜ք» «Bütün ölkələrin proletarları birləşin!» |
|||||
|
|||||
Paytaxt | İrəvan | ||||
Dilləri | erməni dili, rus dili | ||||
Rəsmi dilləri | |||||
Valyuta | SSRİ rublu | ||||
İdarəetmə forması | sovet respublikası[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasına və Qars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb.[1] Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.