Oftalmologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Oftalmologiya (yun. ὀφθαλμός "göz" + λόγος "tədris")[1]gözü, onun anatomiyası, fiziologiyasıxəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsi.

Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkim.[2]

Tarixi

Oftalmologiya qədim dövrlərdə yaranmışdır.[3] Eramızdan əvvəl II minilliyin ortalarında Misirdə yaşamış göz xəstəliklərini müalicə edən şəfaçılardan biri olan Peni Ank İrinin məzar daşı üzərində həkk olunmuş adı və təsviri bu günə qədər gəlib çatmışdır.[4]

Kornelius Sels (e.ə. I əsr) irisin, siliyer cismin, gözün ön və arxa kameraların mövcudluğunu müəyyən etmişdir. O, həmçinin korluğu 2 hissəyə bölmüşdü: geri dönməz — korluğa səbəb qlaukoma və geri dönən — korluğa səbəb katarakta olanda. Sels XVII-ci əsrin ortalarına qədər istifadə edilən kataraktın azaldılması texnikasını təkmilləşdirmişdir.

Ərəb əsilli həkim İbn əl-Heysəm (Əlhazen, eramızın X—XI əsrləri) Avropada eynəklərin ixtirasına və müasir görmə nəzəriyyələrinin yaranmasına böyük töhfə verən “Optika kitabı”nı yazmışdır. Əbu Əli ibn Sinanın (İbn Sina, eramızın X əsri) məşhur “Tibbi təbabət Kanonu” əsəri 500 ildən artıq müddət ərzində həm ərəb ölkələrində, həm də Avropada göz xəstəliklərinin əsas bələdçisi olmuşdur.[5]

XIX-cu əsrdə müasir oftalmologiyanın inkişafında mühüm rol oynamış ingilis cərrahı Corc Kritçet etdiyi oftalmoloji əməliyyatlar və nəşrləri ilə Avropada şöhrət qazanmışdır.[6]

Xəstəliklər

Dolayı oftalmoskopiya

Oftalmoloqların müalicə etdiyi ən çox yayılmış xəstəliklərin bəzilərinin qısa siyahısı:[7][8]

  • Katarakta
  • Həddindən artıq göz yaşının axması (göz yaşı kanalının tıxanması)
  • Proptoz (qabarmış gözlər)
  • Tiroid göz xəstəliyi
  • Göz şişləri
  • Ptoz
  • Diabetik retinopatiya
  • Quru göz sindromu
  • Qlaukoma
  • Makula degenerasiyası
  • Retina dekolmanı
  • Endoftalmit
  • Refraksiya xətaları
  • Çəpgözlük (gözlərin düzgün düzülməməsi və ya sapması)
  • Göz travması
  • Orbital sınığı

Alt ixtisaslar

Oftalmologiyaya müəyyən xəstəliklər və ya gözün müəyyən hissələrinin xəstəlikləri ilə məşğul olan alt ixtisaslar daxildir. Onlardan bəziləri bunlardır:

  • Ön seqment cərrahiyyəsi
  • Göz qişası, səthi və xarici xəstəliklər
  • Qlaukoma
  • Neyro-oftalmologiya
  • Göz onkologiyası
  • Okuloplastika və orbit cərrahiyyəsi
  • Oftalmik patologiya
  • Uşaq oftalmologiyası / çəpgözlük (gözlərin düzgün düzülməməsi)

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". July 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2022..
  2. "Ophthalmology". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
  3. "Возникновение офтальмологии можно отнести к каменному веку" (rus). 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-28.
  4. "История лечения глазных болезней — античность". okomed.ru. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-28.
  5. По материалам сайта Клиническая офтальмология Arxivləşdirilib 2014-04-27 at the Wayback Machine
  6. "The British Journal of Ophtalmology, August 1923. British masters of ophtalmology series — George Critchett" (PDF). 2022-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-03.
  7. WebMD. "What Causes Eye Problems?". WebMD. 2019-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  8. "EyeWiki". eyewiki.org. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.

Xarici keçidlər