Osmanlıda qadın geyimi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Osmanlıda qadın libaslarıTürk cəmiyyətinin özəlliklərini, yaşayışını əks etdirən ənənəvi Osmanlı geyimləri keçmişdən günümüzə gəlib çıxan ən gözəl miras Geyim insan yaradılışından etibarən onun ayrılmaz parçası olub, zamanla müxtəliflik göstərmişdir. Tarix boyu insanlığın və mədəniyyətin əsas hissəsi olan geyimlər - parçadan və müxtəlif materiallardan hazırlanan, insan bədəninin hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyüdür. Zaman keçdikcə coğrafi şərait, mədəni və milli dəyərlər, dini inanclar, cəmiyyətdə geyimlərin formalaşmasına öz təsirini göstərmişdir. Zəngin mədəniyyətə sahib olan Osmanlı dövlətinin özünə məxsus geyimləri vardır. Sultanların geyimləri bahalı, qızıl və gümüşü işləməli parçalardan hazırlanırdı. Aşağı zümrənin insanları çox sadə geyinirdi.

Ferace

Ferace - mantoya oxşar, arxası gen, yaxasız, uzun geyim növüdür.[1] Adətən qadınlar "ferace"dən yaşmaqla birgə istifadə ediblər. "Müasir Türkcə lüğəti"ndə qadınların bayıra geydikləri üst geyimi kimi tərcümə edilmişdir. "Ferace" - ərəbcə "faruc və ya furucat" kökündən əmələ gəlib, örtü pərdə mənasında tərcümə olunur. "Ferace" örtünmək sözündən yaranıb. 1880-ci ildə II Əbdülhəmid dövründə ferace təsəttürə uyğun olmadığı bəhanəsi ilə qadağan edilmiş, onun yerinə isə çarşab istifadə olunmuşdur.[2] "Müasir Türkcə lüğəti"ndə "ferace" həm də "dərvişlərin geydiyi gen arxalıq" mənasında verilmişdir.

Yaşmak

Yaşmak - müsəlman qadınlarının küçədə ferace geydikləri zaman üzlərini örtdükləri, gözləri açıqda qoyan nazik pambıq parçadan hazırlanan baş örtüyüdür.[3] "Yaşmak" "yaş -örtmək, gizlənmək" və mak şəkilçisinin birləşməsindən əmələ gəlib, üz örtüsü mənasını bildirir. “Yaşmak” Türk dilində çoxmənalı sözdür. Bəzi bölgələrdə "yaşmak" sözü ancaq namaz qılan qadınların başlarını örtdükləri "baş örtüsü" mənasında istifadə olunur.

Yeldirme

Yeldirme qadınların küçədə rahat gəzmək üçün geydikləri, çarşafa bənzər baş örtüsü ilə birlikdə istifadə etdikləri bədən hissəsi geniş olan üst geyimidir.[4]

Həmçinin bax

İstinadlar

  1. Türkçe Sözlük. Türk dili ve edebiyatı ansiklopedisi (türk). İstanbul: Dergah Yayınları. 1992.
  2. Dadaşova, Arzu. "Xalidə Ədib Adıvarın romanlarında Osmanlı geyim adları". Şərq filologiyası məsələləri. 11. 2019: 429.
  3. Türkçe Sözlük. Türk dili ve edebiyatı ansiklopedisi (türk). İstanbul: Dergah Yayınları. 1992.
  4. Dadaşova, Arzu. "Xalidə Ədib Adıvarın romanlarında Osmanlı geyim adları". Şərq filologiyası məsələləri. 11. 2019: 431.

Xarici keçidlər