Osmanlı milli geyimləri

Osmanlı milli geyimləritürk cəmiyyətinin özəlliklərini, yaşayışını əks etdirən, keçmişdən günümüzə qədər gəlib çıxan miras. Osmanlı geyimləri əsasən qapalı, geniş və uzun formalı olur. Geyimlərin hazırlanmasında daha çox yaşıl və qırmızı rəng çalarlarına üstünlük verilir.

Osmanlı geyim növləri

[redaktə | mənbəni redaktə et]

Çox geniş coğrafiyaya yayılan Osmanlı dövlətinin özünəməxsus milli geyim ənənəsi olub. Osmanlı dövlətində sadəcə yeməklər, məişət əşyalarının adları fərqli deyildi, geyimlər və geyim tərzi də özünəməxsusluğu ilə seçilirdi. osmanlı sarayında sultanların geyiminə xüsusi əhəmiyyət verilirdi. Sultanların geyimləri bahalı, qızıl və gümüş işləməli parçalardan hazırlanırdı. Sarayda geyinilən geyimləri sadə xalqın geyinməsi qadağan idi. Aşağı zümrənin insanları çox sadə və kasıb geyinirdi.[1] Zəngin mədəniyyətə sahib olan Osmanlı dövlətinin özünə məxsus geyimləri vardır.

Baş geyimləri

[redaktə | mənbəni redaktə et]

Külah qədimdə, daha çox əsgərlərin istifadə etdiyi papaq olub. "Külah" "keçədən hazırlanan ucu şiş papaq" növüdür.[2] Müasir türk dilində "külah" geyim adı olaraq arxaik söz hesab olunur. "Külah" sözü farsca "kulah, kullah" kökündən əmələ gəlib, "tac, soylulara aid yüksək başlıq" mənasını bildirir. Tarixdə ən qədim qaynaqlardan olan. "Danişmend-Name" də (1360) "külah" sözü "tac" mənasını bildirir. Eyni zamanda bu mənbə "külah" sözünün yazıda istifadə olunduğu ilk qaynaqdır.[3]

sarıq

"Sarıq" — "fəs, külah, kavuk" kimi papaqların üzərinə sarılan şal və ya tülbənddir.[4] Sarık — sözünün kökü "sar" feilindəndir. "Kitab-i Dədə Qorqud"da "sarı, saru — bürümək, dolamak" mənasında istifadı olunmuşdur. Sarık isə adındanda göründüyü kimi sarılaraq meydana gətirilən baş geyimidir. "Sarık" sözünü bölgələrdə tülbənd kimi də istifadə edirlər.

Fess

Fəs — qədimdə qırmızı qalın parçadan hazırlınmış, yuxarı doğru qalxdıqca daralan, silindr formalı, ortasında isə saçaqları olan papaqdır.[5] Fəs Osmanlı dövlətində 1829-cu ildən rəsmi olaraq papaq kimi istifadə olunmağa başlanmışdır. "Fəs" Fas şəhərində hazırlandığından şəhərin adına uyğun olaraq adlandırılmışdır. Zaman — zaman fəs padşahların istəklərinə görə hündürlüyünü, formasını dəyişmişdir. 1928-ci ildən "fəs"dən istifadəni qadağan etmişlər.

Mintan

Mintan — "yaxası olmayan uzun qollu kişi köynəyi" mənasını bildirir.[6] Mintan — farsca "nimtana" kökündəndir, "nim-yarım, tan- bədən" sözlərinin birləşməsindən yaranıb,"yarım bədən" deməkdir. Osmanlı geyim növlərindən biri olan mintan həm də qədimdə köynək üstündən geyilən qollu arxalıq mənasını verir.

Cübbə — ərəb sözü olub,"qədimdə sadəcə din adamlarının paltar üstündən geyindiyi uzun, yanları geniş, düyməsiz bir geyim" növüdür. Müasir dövrdə isə "cübbə" sadəcə din adamlarının deyil, vəkillərin, professorların, hakimlərin və.s rəsmi məclislərdə, tədbirlərdə, vəzifə başında geydikləri geyim növüdür.[7] [5, s.161]

Fəracə

Fəracə mantoya oxşar, arxası gen, yaxasız, uzun geyim növüdür.[8] [4, s.147] Adətən qadınlar fəracədən yaşmaqla birgə istifadə ediblər. "Müasir Türkcə lüğəti"ndə qadınların bayıra geydikləri üst geyimi kimi tərcümə edilmişdir. Fəracə — ərəbcə "faruc və ya furucat" kökündən əmələ gəlib, örtü pərdə mənasında tərcümə olunur. Fəracə örtünmək sözündən yaranıb. Osmanlı ölkələrində qadınlar çarşafdan əvvəl küçəyə çıxarkən örtünmək üçün fəracədən istifadə etmişlər. Müxtəlif İslam ölkələrində istifadə olunan fəracə XV -ci əsrin sonlarından Osmanlılarda həm qadın, həm də kişi geyimi olaraq istifadə olunmağa başlanılmışdır. XIX-cu əsrdə isə müəyyən qədər formasını dəyişmiş fəracə, 1880-ci ildə II Əbdülhəmid tərəfindən təsəttürə uyğun olmadığı bəhanəsi ilə qadağan edilmiş, onun yerinə isə çarşab istifadə olunmuşdur, lakin bundan sonra hakimiyyətə müxalif bir çox kişilər çarşabla saraya girməyə cəhd etmişlər. Bundan sonra yenidən sadəcə qadınların geyməsi şərtilə fəracənin istifadəsinə icazə verilmişdir.[9]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Dadaşova, Arzu. "Xalidə Ədib Adıvarın romanlarında Osmanlı geyim adları". Şərq Filologiyası məsələləri. 11. 2019: 415.
  2. Турецко- русский словарь Türkçe rusca sözlük (türk-rus). Moskva: Издательство Русский язык. 1977. səh. 5.
  3. Dadaşova, Arzu. Şərq Filologiyası məsələləri. 11. 2019: 425.
  4. Türkçe Sözlük Türk dili ve edebiyatı ansiklopedisi (türk). İstanbul: Dergah Yayınları. Dergah Yayınları. səh. 4.
  5. Türkçe Sözlük Türk dili ve edebiyatı ansiklopedisi (türk). İstanbul: Dergah Yayınları. Dergah Yayınları. səh. 4.
  6. Türkçe Sözlük (türk). İstanbul: Dergah Yayınları. 1992. səh. 341.
  7. Турецко- русский словарь Türkçe rusca sözlük. Москва: Издательство Русский язык. 1977. səh. 161.
  8. Türkçe Sözlük (türk). İstanbul: Dergah Yayınlar. 1992. səh. 147.
  9. Dadaşova, Arzu. "Xalidə Ədib Adıvarın romanlarında Osmanlı geyim adları". Şərq Filologiyası məsələləri. 11. 2019: 429.