Ouşen-Biç (çimərlik)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ouşen-Biç
en/Ocean Beach
Yerləşməsi
37°46′00″ şm. e. 122°30′43″ q. u.
Akvatoriya Sakit okean
Ölkə  ABŞ
Ouşen-Biç xəritədə
Ouşen-Biç
Ouşen-Biç
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ouşen-Biç (ing. Ocean Beach) — San-Fransisko ərazisində yerləşən çimərlik.

Xüsusiyyəti

Çimərlik Sakit okeanın sahilində, Qızıl darvaza parkının qərb qutaracağında yerləşir[1]. Çimərliyin uzunluğu 4,7 km, eni isə 180 metrdir. Çimərlik boyu Böyük şose keçir.

Çimərlik istirahət edənləri yazın əvvələrində və payızın sonları qəbul edir. Yay ayları isə ərazi bütünlüklə dumanla örtülür[2]

Çimərlikdə adətən iri tonqal qalanır[3].

Tarix

Elə də əlverişli iqlimi olmayan iqlimi ilə seçilir. 1884 ildə çimərlik yaxınlığına dəmiryolu, 1890-cı ildə isə tramvay xətti çəkilir.

18 aprel 1906 ildə San-Fransisko zəlzələsi (1906) baş verməsindən sonra əhali çimərlikdən düşərgə kimi istifadə etmişdir.

Sörfinq

Ouşen-Biç peşəkar sörfinqçiləri özünə cəlb edir. Burada bəzən bədbəxt hadisələr vardır. 1998-ci ildə burada yeddi[4], 2006-cı ildə ikisi[5][6] nəfər boğulmuşdur.

6 noyabr 2011 ildə Kelli Steyter 11-ci dəfə sörfinq üzrə düyna çempionatını bu çimərlikdə qazanmışdır.

İstinadlar

  1. "Ouşen-Biç". 2013-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.
  2. "Ouşen-Biç". 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.
  3. "Ouşen-Biçdə tonqal yandırmağın qaydası". 2013-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.
  4. Syuzan Herell, Steysi Fins Man who apparently drowned off S. F. beach was new to sport Arxivləşdirilib 2013-06-23 at the Wayback Machine
  5. Kerri Starrok Surfer dies off Ocean Beach Arxivləşdirilib 2013-06-23 at the Wayback Machine
  6. Kiy Devidson, Stiv Rubenşteyn Marlin Coats died trying to save boys who disregarded warning signs and swam at a dangerous stretch of ocean Arxivləşdirilib 2013-06-23 at the Wayback Machine

Mənbə