Ouken qanunu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ouken qanunu- işsizlik dərəcəsi ilə ÜDM-in artımı arasındakı əlaqəni əks etdirən qanundur. İşsizliklə ÜDM artımı arasındakı əlaqə ilk dəfə 1960-cı illərdə ABŞ İqtisadi Məsləhətçilər Konsulunun sədri vəzifəsində çalışan Artur Ouken tərəfindən araşdırılmışdır. A. Ouken ABŞ iqtisadiyyatındakı göstəricilər əsasında bu qanunauyğunluğu müəyyənləşdirmişdir[1].

Ouken Qanunu və Potensial ÜDM

İşçilər istehsal prosesində iştirak etməzlərsə, yaradılması mümkün əmtəələr istehsal olunmayacaq. Bu makro səviyyədə potensial ÜDM-dən aşağı istehsal deməkdir. [1] Ouken qanununa görə, mövcud işsizlik təbii işsizlikdən neçə faiz fərqlənərsə, potensial ÜDM ilə real ÜDM arasındakı fərq (ing. gap) iki qat çox olar. Bu qanunauyğunluğu aşağıdakı kimi təsvir edə bilərik[1]:

  • - Real ÜDM;

Əgər işsizlik dərəcəsi təbii səviyyəsindən 2% çox olarsa, iqtisadiyyat öz potensial səviyyəsindən 4% aşağı olar.

Ouken Qanunu və İqtisadi Artım

Ouken qanunu, həm də işsizliyin artmasının iqtisadi artımı necə azaltmasını əks etdirir. Bu əlaqə aşağıdakı kimidir[2]:

  • - real iqtisadi artım;
  • - hazırkı işsizlik dərəcəsi;
  • - baza dövründəki işsizlik dərəcəsi.

Düsturdan görünür ki, işsizlik dərəcəsi sabit qalarsa, ÜDM 3,5% artacaq. Artım işçi qüvvəsindəki, investisiya qoyuluşundakı artımla və texnoloji inkişafla bağlıdır ki, bu da vəziyyətdən asılı olaraq müxtəlif ölkələrdə fərqli həcmdə ola bilər[2]. Düstura əsasən, işsizlikdəki hər 1%-lik artım ÜDM artımını 2% aşağı salacaq. Əgər işsizlik dərəcəsi 4%-dən 7%-ə yüksələrsə, ÜDM-dəki real artım aşağıdakı kimi olar:

Ouken qanununa görə, bu vəziyyətdə ÜDM 2,5% azalacaq və iqtisadiyyatda resessiya baş verəcək.

İstinadlar

  1. 1 2 3 Andrew B. Abel , Ben S. Bernanke, Dean Croushore. Macroeconomics, 6th ed. 2008. Səh 99.
  2. 1 2 N. Gregory Mankiw. Makroekonomi . 6-cı baskı. Editor: Ömer Faruk Çolak. Ankara. 2014. ISBN 978-605-4160-38-9. Səh. 290-292