İqtisadi artım

İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər. Bu zaman adambaşına düşən milli gəlir azalış göstərəcəkdir.

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat

Bu görüşün əskikliyini təngid edən ikinci görüşə görə iqtisadi inkişaf isə daha çox fərdi bazda kalitatif-keyfiyyət baxımından müqayisəsi aparılan bir anlayışdır. Yuxarıda misal çəkdiyimiz ÜDM -iqtisadi artım, ÜDM/əhali sayı (Adam başına düşən ümumi daxili məhsul) isə iqtisadi inkişaf göstərgəsi bu görüş tərəfindən qəbul edilir. Ancaq eyni zamanda bu görüşdə həm ÜDM-də, həm də əhalidəki dəyişmələr də nəzərə alınır və buna görə mütləq və nisbi dəyişmələrlə də bu nisbət hesablanır. Təbii ki bu iki faktorun birində olan dəyişmə adambaşına gəlirdə də dəyişməyə səbəb olacaqdır. Əgər adambaşına düşən gəlirdə dəyişmə olmazsa yəni "0" olarsa bu durum iqtisadiyyatda staqnasiya, dəyişmə mənfi -azalma yönündə olarsa, reqression-geriləmə, müsbət-artım yönündə olarsa, pozitiv dəyər alarsa development-inkişaf kimi qəbul edilir. Burada bir önəmli məsələni də qeyd etməyi lazım bilirəm. Bu da ÜDM-nin Satınalma Gücü Paritesinə (GDP on a purchasing power parity) görə hesablanmasıdır ki bunu beynəlxalq qurumların ölkələr üzrə inkişaf göstərgələrində daha çox nəzərə alırlar və bu daha real bir göstərgədir.

Üçüncü bir görüş isə bu haqqında ümumiyyətlə ilk ikisindən fərqli olaraq sadəcə kantitativ-kəmiyyət göstərgələrindən yola çıxmaqla deyil, ümumiyyətlə iqtisadiyyatın strukturunda və müxtəlif sahələrdə baş verən irəliləyişin iqtisadi inkişafın göstəriciləri olaraq qəbul edir. Bu görüşün əsasını fransız iqtisadçısı Franchois Perroux qoymuşdur. Ona görə, iqtisadi artım real milli gəlirin müəyyən bir dövr içində düzənli dəyişməsidir. Bu adambaşına düşən ÜDM ilə də ölçüləbilər. İqtisadi inkişaf isə daha çox iqtisadiyyatın müxtəlif sahələrində və bütünündə struktural bazda olan dəyişikliklər, inkişafdır. İqtisadi inkişaf artım ilə birlikdə bu struktural dəyişiklikləri də özündə cəmləşdirir və buna görə də daha geniş bir anlayışdır.[1]

İqtisadi artımın müəyyənləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Iqtisadi artım- bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzində: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən istifadə olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarakterindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkəzində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək daha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslandırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır. 

Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə ölçülür. 

Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstəriciləri aşağıdakılardır:

  1. ÜMM-in və ya Milli gəlirin artması;
  2. Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;
  3. Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən sənaye məhsulları istehsalının artım sürəti.

Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Artım əmsalı aşağıdakı düsturla hesablanır:

x = y1: y0

Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri ifadə edir.

Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım sürətindən 100% çıxılması yolu ilə alınır.

Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliyyəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan ehtiyatların çox olması isə texnoloji potensial da daxil olmaqla real məhsul istehsalının artırılmasına şərait yaradır.

Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürətinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırılmasının ləngiməsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azalması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bundan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşağıdakı iki şərt olduqda mümkündür:

1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda;

2) Məhsul istehsalının imkan daxilində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda.

Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu artım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin etmək, yəni, yeni iş yerləri açmaq lazımdır.

Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amillərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırılması iki üsulla mümkündür:

1) Istehsala daha çox ehtiyatlar cəlb edilməsi;

2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.

Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miqdarı vurulsun əmək məhsuldarlığı

Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, bölgünün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məhsuldarlığı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal maşın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, idarə-etmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələrdən çox səmərə verən sahələrə "axıb" getdikdə yüksəlir.

Artıma təsir edən digər amillər

[redaktə | mənbəni redaktə et]

İnsan kapitalı

[redaktə | mənbəni redaktə et]

Əhalinin və ya işçi qüvvəsinin bacarıqları kimi müəyyən edilən ölkənin insan kapitalının səviyyəsi iqtisadi artımın bir çox nəzəri və empirik təhlillərində mühüm rol oynayır. İnsan kapitalı həm neoklassik, həm də endogen artım modellərinə daxil edilmişdir.[2][3][4]

Ölkənin insan kapitalının səviyyəsini ölçmək çətindir, çünki o, evdə, məktəbdə və iş yerində yaradılır. İqtisadçılar əhalinin savadlılıq səviyyəsi, onun hesablama səviyyəsi, adambaşına düşən kitab istehsalı , ali təhsilin ortalama səviyyəsi, beynəlxalq testlər üzrə ortalama imtahan balı və onun formal təhsilə məcmu amortizasiya investisiyasısı daxil olmaqla, çoxsaylı etibarnamələrdən istifadə edərək insan kapitalını ölçməyə cəhd ediblər.

İqtisadi artımın empirik təhlili modelləri

[redaktə | mənbəni redaktə et]

Qeyd etdiyimiz kimi, iqtisadi artım modellərinin empirik tədqiqi təcrübəsi çox yaxın keçmişə (1990-cı illər) təsadüf edir. Lakin, buna baxmayaraq, artıq iqtisadi artımın empirik təhlinin geniş yayılmış üç metodu mövcuddur. Bunlara:

Artım uçotu (growth accounting),

Artım reqressiyası (growth regression) və

Artım diaqnostikası (growth diagnostics) aiddir.

İqtisadi artım modellərinin təhlili məqsədilə təcrübədə digər empirik metodlar da istifadə olunur. Real Biznes Tsiklləri modeli (Real Business Cycles), Tətbiqi Ümumi Tarazlıq (computable general equilibrium), Dinamik Stoxastik Ümumi Tarazlıq Modeli (dynamic stochastic general equilibrium) kimi makroiqtisadi modellər, beynəlxalq bençkmarklama (international benchmarking) və firma səviyyəsində mikroiqtisadi təhlillər bu metodların tərkibinə daxil ola bilər. Lakin, adı çəkilən metodlarda təhlil obyekti iqtisadi artım problemi ilə yanaşı digər makroiqtisadi fundamentallar (faiz dərəcəsi, inflyasiya, məzənnə və s.) olduğu üçün üçün modellər empirik (tam) iqtisadi artım modelləri hesab edilmir və bü səbəbdən də cari tədqiqat işi çərçivəsində araşdırılması məqsədəuyğun hesab edilməmişdir.

Artım uçotu dedikdə, ÜDM-in artımının istehsal faktorları (kapital və işçi qüvvəsi) və texnologiyalar kimi komponentlərə ayrılması nəzərdə tutulur. Artım uçotunun nəzəri əsası Solounun 1957-ci ildə çap edilmiş məqaləsində əks etdirilmişdir. Bu üsul iqtisadi artımın fundamental determinantlarını müəyyən etmək məqsədi ilə empirik alət kimi geniş istifadə olunur. Bu metod məcmu buraxılışda işçi qüvvəsi və kapitalın payını hesablamaq məqsədilə aşağıdakı standart istehsal funksiyası (Kobb-Duqlas) ilə başlayır və daha sonra ümumi faktor məhsuldarlığını (ÜFM) qalıq kimi tapmağa imkan verir.

Artım reqressiyası

[redaktə | mənbəni redaktə et]

Artım reqressiyası ölkələrarası və ya zaman sıralı müxtəlif ekonometrik modellər qurmaqla uzunmüddətli iqtisadi artımın fundamental detarminantlarını tapmağa yönəlib. Artım reqressiyası sahəsində Sala-i-Martin (1997), Barro (2003) və başqa bu kimi iqtisadçılar empirik tədqiqatlar aparmışlar. Artım reqresiyasının baza metodologiyası aşağıdakı formada reqressiya tənliyinə əsaslanır:

(1)

Burada y iqtisadi artım vektoru, x1,…,xk izahedici dəyişənlər (artımın determinantları) vektoru,ɛ isə xətadır.

Qeyd edək ki, (1) modelinin funksional forması, həmçinin müstəqil dəyişənləri müxtəlif tədqiqatçılar tərəfindən fərqli şəkildə verilmişdir. Lakin, bu tədqiqatların əksəriyyətində reqressiya modelinə aşağıdakı dörd əsas qrup altında izahedici dəyişənlər daxil edilmişdir.

  • Fundamentallar: milli gəlirin ilkin məbləği, əhalinin təbii artım səviyyəsi və investisiya səviyyəsi determinantları;
  • Struktur siyasətləri və institutlar: təhsil, maliyyə dərinliyi, ticarətin açıqlığı, hökumətin effektivliyi, infrastruktur, dövlət idarəetməsi determinantları;
  • Stabilləşmə siyasətləri: fiskal və monetar siyasətlər (inflyasiya, tsiklik volatillik), məzənnə siyasətləri (məzənnənin dəyişməsi), faiz dərəcələri (yenidən maliyyələşdirmə) və maliyyə transaksiyalarının tənzimləmə çərçivəs determinantları;
  • Xarici şərtlər: ticarət şokları, qlobal şəraitdaki dəyişikliklər (resessiya, bum, texnoloji innovasiya) determinantları. Bunlarla yanaşı artım reqressiyası bir empirik təhlil metodu kimi bir sıra ciddi çatışmazlıqlara da malikdir. Menkyu (1992), Aghion və Durlauf (2007), Rodrik (2006) və digər tədqiqatçılar aşağıdakı çatışmazlıqları qeyd edirlər:

Bunlarla yanaşı artım reqressiyası bir empirik təhlil metodu kimi bir sıra ciddi çatışmazlıqlara da malikdir. Menkyu (1992), Aghion və Durlauf (2007), Rodrik (2006) və digər tədqiqatçılar aşağıdakı çatışmazlıqları qeyd edirlər:

  • Reqressiya modelindəki betalar (β) bir-birinin tam əvəzləyicisi kimi qəbul edilir. Bu da iqtisadi artımın fundamental determinantlarını prioritetləşdirməyə və bir-birinin tamamlayıcısı kimi istifadə etməyə imkan vermir. Digər tərəfdən, qiymətləndirilmiş parametrlər ölkələrarası reqressiya modelindən alındığı üçün, spesifik ölkələrin timsalında əhəmiyyətsiz ola bilər. Qeyd edilən problemləri ekonometrikada endogenlik və heteroskedastiklik problemi adlandırırlar.
  • Reqressiya modelindəki müstəqil dəyişənlərin bir çoxu bir-birilə yüksək korrelyasiyaya malikdir. Bu da modelin qiymətləndirilməsi zamanı ciddi xətalar yaradır və determinantlardan hansının uzunmüddətli iqtisadi artımın həqiqi determinantı olması haqqında yanlış nəticə çıxarılmasına səbəb olur. Yaranmış problemi multikolliniarlıq kimi qəbul etmək olar.
  • Verilənlər bazasının kiçik olması da reqresiyya modellərinin effektivliyini azaldır. Bu problemi ekonometrik dildə müstəqillik dərəcəsi problemi kimi adlandırmaq olar.

Artım diaqnostikası

[redaktə | mənbəni redaktə et]

Artım diaqnostikası dedikdə, hər hansı bir ölkənin iqtisadi artımını ləngidən həlledici məhdudiyyətlərinin (binding constraint) tapılması başa düşülür. Hausman, Rodrik və Velasco (2005) tərəfindən təklif edilmiş bu metod iqtisadi artımın determinantlarının bir-birinin əvəzləyicisi deyil, tamamlayıcısı olduğu ideyasına söykənir. İqtisadi artımın həlledici məhdudiyyətlərini müəyyən etmək məqsədilə artımın qərarvermə ağacı qurulur və təhlil yuxarıdan aşağı prinsipi ilə aparılır. Artım diaqnostikası düsturla ifadə olunur:

Burada,

u-rifah səviyyəsi,

Τ-i-ci fəaliyyətdə distorsiya,

µisµip-ci fəaliyyətin müvafiq olaraq s-ci cəmiyyət və p-ci özəl subyekt tərəfindən xalis marjinal təsirlənməsi,

λi isə i-ci fəaliyyətdəki distorsiya səbəbindən yaranan məhdudiyyəti əks etdirən Laqranj vuruğudur.

Ən yüksək vuruğa malik olan distorsiya həlledici məhdudiyyətdir. Birbaşa effekt rifaha müsbət töhfə verir. Lakin, dolayı təsirlə birbaşa təsir arasındakı fərqə əsasən distorsiyanın xalis effekti dəyişə bilər (dolayı təsir birbaşa təsirdən böyük və mənfi olsa xalis təsir neqativdir və ya əksinə).[5]

  1. "Arxivlənmiş surət". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.
  2. Mankiw, N. Gregory; Romer, David; Weil, David. "A Contribution to the Empirics of Economic Growth". Quarterly Journal of Economics. 107 (2). 1992: 407–37. CiteSeerX 10.1.1.335.6159. doi:10.2307/2118477. JSTOR 2118477.
  3. Sala-i-Martin, Xavier; Doppelhofer, Gernot; Miller, Ronald I. "Determinants of Long-term Growth: A Bayesian Averaging of Classical Estimates (BACE) Approach" (PDF). American Economic Review. 94 (4). 2004: 813–35. doi:10.1257/0002828042002570. 2020-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-06.
  4. Romer, Paul. "Human Capital and Growth: Theory and Evidence" (PDF). Carnegie-Rochester Conference Series on Public Policy. 32. 1990: 251–86. doi:10.1016/0167-2231(90)90028-J. 2020-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-06.
  5. http://www.cbar.az/assets/3359/JURNAL_I_RUB_5-12_.pdf