Ovucvari rodotus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ovucvari rodotus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ovucvari rodotus
Beynəlxalq elmi adı

Elmi adı - Rhodotus palmatus (Bul, Fr.) Maire 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür.[3]

Qısa morfoloji təsviri

Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil [4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir. [5]

Yayılması

Gədəbəy ətrafı meşəsi əraisidir.

Sayı və tendensiyası

Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır.

Məhdudlaşdırıcı amillər

Naməlumdur.

Mühafizə tədbirləri

Populyasiyanın vəsiyyətinə nəzarət vacibdir. Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. [6]

İstinadlar

  1. http://www.pilze-deutschland.de/organismen/rhodotus-palmatus-bull-maire-1926.
  2. Index Fungorum (ing.).
  3. http://redbook.az/?options=project&id=Ovucvari%20rodotus[ölü keçid]
  4. Васильева Л.Н., 1973
  5. Sadıqov A.S. 2003
  6. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013