Elmi adı - Rhodotus palmatus (Bul, Fr.) Maire
Ovucvari rodotus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ovucvari rodotus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür.[3]
Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil [4].
Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir. [5]
Gədəbəy ətrafı meşəsi əraisidir.
Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır.
Naməlumdur.
Populyasiyanın vəsiyyətinə nəzarət vacibdir. Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. [6]