Pançala

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand [1]Uttar Pradeş [2][3][4] ştatlarının ərazisində, QanqCamna çayları arasında yerləşən tarixi region.

Haqqında

Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimalşimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka [5] və Tayttiriya [6] geniş yayılmışdır.

Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi. (Tarixi mənbələrdə bu şəhər Adxiçxatra və ya Çxatravati adları ilə də qeydə alınmışdır). Dakşina-Pançalanın paytaxtı isə mənbələrdə Kampilya və ya Kampil adları ilə tanınan şəhər olmuşdur. Pançalanın ərazisində, həmçinin məşhur Kanyakubca (Kannauc)[7] şəhəri də yerləşirdi.

Mənbə

  • Witzel, Michael (1995), "Early Sanskritization: Origin and Development of the Kuru state", EJVS vol. 1 no. 4 (1995)
  • Raychaudhuri, H.C. Political History of Ancient India, Calcutta: University of Calcutta,(1972)
  • Lahiri, B. Indigenous States of Northern India (Circa 200 B.C. to 320 A.D.), Calcutta: University of Calcutta, (1974).

Xarici keçid

Istinadlar

  1. http://www.india9.com/i9show/-Uttaranchal/Ramnagar-30739.htm Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine India9.com: Ramnagar, Uttarakhand
  2. Virendra N. Misra, Peter Bellwood. Recent Advances in Indo-Pacific Prehistory: proceedings of the international symposium held at Poona. 1985. səh. 69. ISBN 90-04-07512-7. İstifadə tarixi: 23 July 2012.
  3. Bridget Allchin, Frank Raymond Allchin. The Rise of Civilization in India and Pakistan. Cambridge University Press. 29 July 1982. səh. 58. ISBN 0-521-28550-X. İstifadə tarixi: 23 July 2012.
  4. Hasmukhlal Dhirajlal Sankalia, Shantaram Bhalchandra Deo, Madhukar Keshav Dhavalikar. Studies in Indian Archaeology. Popular Prakashan. 1985. səh. 96. ISBN 0-86132-088-3. İstifadə tarixi: 23 July 2012.
  5. Шаунака // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907
  6. Albrecht Weber, Die Taittirîya-SaṃhitâIAST, Leipzig, Indische Studien 11-12, Brockhaus (1871, 1872) etext Arxivləşdirilib 2008-05-10 at the Wayback Machine
  7. Rama Shankar Tripathi. History of Kanauj: To the Moslem Conquest. Motilal Banarsidass Publ. 1989. səh. 2. ISBN 978-81-208-0404-3, ISBN 978-81-208-0404-3. 2014-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-11.