Veda dövründə Pançala çarlığı urbanizasiyamədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanınşimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka [5] və Tayttiriya [6] geniş yayılmışdır.
Pançala yuxarı Himalay ilə Qanqçayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi. (Tarixi mənbələrdə bu şəhər Adxiçxatra və ya Çxatravati adları ilə də qeydə alınmışdır). Dakşina-Pançalanın paytaxtı isə mənbələrdə Kampilya və ya Kampil adları ilə tanınan şəhər olmuşdur. Pançalanın ərazisində, həmçinin məşhur Kanyakubca (Kannauc)[7] şəhəri də yerləşirdi.