Parkinson qanunu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Parkinson qanunu — zamanın idarə olunması modellərindən biri. İlk dəfə 1955-ci ildə N. Parkinson tərəfindən "The Economist" qəzetində çap olunmuş essedə bəhs edilmiş[1] bu qanununa görə, hər bir iş onun tamamlanmasına ayrılan bütün vaxtı əhatə edəcək şəkildə genişlənir.[2] Bu qanunda göstərilir ki, gərəksiz əlavə vaxtın verilməsi işin səmərəliyini azaldır. Bu mənada işə müvafiq son tarix müəyyən etmək çox önəmlidir.[3]

Nümunələr

  • Yaşlı bir qadının bütün gününü qardaşı qızına açıqca göndərməklə keçirməsi mümkündür. O, 1 saat açıqcanın, 1 saat eynəyinin, yarım saat isə ünvanın tapılmasına, 1,5 saat yazının məzmununa, 20 dəqiqə poçta gedəndə çətiri götürüb-götürməməyə qərar verməə xərcləmə bilər. Ancaq çox məşğul biri bütün bunlara çox qısa vaxt xərcləyib bitirə bilər.[4]

İstinadlar

  1. "What is Parkinson's Law and why is it sabotaging your productivity?". https://www.atlassian.com/ (İngilis). 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.12.2022.
  2. "Parkinson Qanunu". https://edumap.az/ (az.). 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.12.2022.
  3. "Zaman idarəetməsinin 6 qızıl qaydası". https://banco.az/az (az.). 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.22.2022.
  4. "Parkinson's Law: Get More Done by Giving Yourself Less Time to Do Things". https://effectiviology.com/ (ingilis). 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.12.2022.

Həmçinin bax