Parkinson qanunu — zamanın idarə olunması modellərindən biri. İlk dəfə 1955-ci ildə N. Parkinson tərəfindən "The Economist" qəzetində çap olunmuş essedə bəhs edilmiş[1] bu qanununa görə, hər bir iş onun tamamlanmasına ayrılan bütün vaxtı əhatə edəcək şəkildə genişlənir.[2] Bu qanunda göstərilir ki, gərəksiz əlavə vaxtın verilməsi işin səmərəliyini azaldır. Bu mənada işə müvafiq son tarix müəyyən etmək çox önəmlidir.[3]