Parlaq kledoxeta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Parlaq kledoxeta (Cladochaeta candidissima) — Cladochaeta candidissima  IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15-40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7-10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

 Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir. Arandan subalp qurşağına qədər çay kənarlarında və dənizsahili qumluqlarda rast gəlinir. Dərman bitkisidir.[4][5]

Yayılması

Böyük Qafqazın bütün rayonları (Quba rayonu – Cek kəndindən Xınalıq istiqamətinə, Xınalıq çayının yatağı boyu), Samur-Dəvəçi ovalığı, Qobustan, Abşeron.[4]

Sayı və tendensiyası

Antropogen amillər və sel daşqınları populyasiyanın azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən mal-qara ilə kortəbii otarılma, tapdalanma və dərman bitkisi kimi istifadə olunması, əsasən selbasar çay yataqlarında yayılması. 

Mühafizə tədbirləri

Qournması üçün tədbirlər aparılmır, yeni yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması tələb olunur.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=Parlaq%20kledoxeta[ölü keçid]
  3. Флора Азербайджан, 1961
  4. 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  5. Мехтиева Н.П., 2010