Bu məqaləni vikiləşdirmək lazımdır. |
Parlaq kledoxeta (Cladochaeta candidissima) — Cladochaeta candidissima IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15–40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7–10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır.[3]
Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir. Arandan subalp qurşağına qədər çay kənarlarında və dənizsahili qumluqlarda rast gəlinir. Dərman bitkisidir.[4][5]
Böyük Qafqazın bütün rayonları (Quba rayonu – Cek kəndindən Xınalıq istiqamətinə, Xınalıq çayının yatağı boyu), Samur-Dəvəçi ovalığı, Qobustan, Abşeron.[4]
Antropogen amillər və sel daşqınları populyasiyanın azalmasını sürətləndirir.
Əhali tərəfindən mal-qara ilə kortəbii otarılma, tapdalanma və dərman bitkisi kimi istifadə olunması, əsasən selbasar çay yataqlarında yayılması.
Qournması üçün tədbirlər aparılmır, yeni yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması tələb olunur.