Paronim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Paronim (q.yun. παρα-, ὄνομα — "ad") — tərkibində bir hərfə görə fərqlənən sözlərə deyilir. Səslənməsinə görə bir-birinə oxşar olan sənəd – sənət, süfrə – sürfə, qəlb – qəlp, məhsul – məsul, mətn – mətin, əmr – əmir, atlaz – atlas, əsr – əsir, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, ahəng – əhəng və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Məhz belə sözlər omonim deyil, paronim adlanır.[1]

Nümunələr

Söz Hərf dəyişməsi
Həyat Həyət
Süz Düz
Səhər Zəhər
Həkim Hakim

Həmçinin bax


İstinadlar