Patrik Hikki

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Patrik Hikki
ing. Patrick Joseph Hickey
Doğum tarixi 17 iyun 1945(1945-06-17) (78 yaş)
Doğum yeri
Fəaliyyəti cüdoçu, idman funksioneri[d], idman rəsmisi[d]
Üzvlüyü

Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945[2]) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir.

Şəxsi həyatı

Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur.[3][4]

Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki,[5] 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir.[3][4]

İdman idarəçiliyi

Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir.[2][6] 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur.[2] Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir.[3] 1999-cu ildə İrlandiya İdman Şurasının (İİŞ) yaradılmasından sonra Hikki İİŞ-in nəzdində İdman İnstitutu yaradılanadək həm İİŞ rəhbərliyi, həm də sonrakı İdman nazirləri ilə elit idmana cavabdehliklə bağlı mübarizədə olmuşdur.[3][7] Hikki İOŞ-un sədri vəzifəsinə 4 illik müddətlərlə və adətən rəqibsiz seçilmişdir.[7] Yalnız 2001-ci ildə İrlandiya Üzgüçülük Assosiasiyasının sədri Riçard Borrousu seçkilərdə 27–10 səs sayı ilə məğlub etmişdir.[3][7] Hikki iddia edirdi ki, Borrousun namizədliyi İİŞ-in onu vəzifədən uzaqlaşdırmaq cəhdi idi.[3]

1991-ci ildə İOŞ Avropa Olimpiya Komitələrinin (AOK) iclasına ev sahibliyi edərkən Hikki bəzi keçmiş sovet respublikalarının yeni yaranmış Milli Olimpiya Komitələri ilə əlaqələr qurdu.[8] 1995-də Hikki BOK-a üzv seçildi.[4] 2006-cı ildə AOK-un sədri seçildi və Avropa Oyunlarının təsis edilməsi imkanlarının arasşdırılmasına göstəriş verdi.[3][7]

2016 yay Olympiya oyunları

Hikki Rio-de-Janeyroda keçirilən 2016 yay Olimpiya oyunlarından sonra İrlandiya Olimpiya Şurasının sədri vəzifəsindən getməli idi.[3][9] 17 avqust 2016-cı ildə o Rioda Olimpiya oyunlarının biletlərinin satışı ilə bağlı aparılan istintaq çərçivəsində, biletlərin möhtəkirlərə satılması, kartel yaradılması və saxta və qanunsuz marketinq fəaliyyəti ittihamları əsasında həbs edilmişdir.[10][11][12] O, bu ittihamları rədd edərək, məsələ həllini tapanadək bütün Olimpiya vəzifələrindən müvəqqəti çəkildiyini bildirmişdir.[13]

İstinadlar