Pnevmatoliz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Pnevmatoliz - qaz fazasının (maqmadan ayrılan qazlar) iştirakı, yaxud təsiri nəticəsində mineral əmələgəlmə prosesi. Minerallar həm bilavasitə qazdan (sublimasiya), həm də qazların əvvəlki minerallara təsiri nəticəsində (pnevmatik metasomatoz) yarana bilər. Pnevmatoliz nəticəsində maqmadan bir çox metalmetaloidlər çıxarılır, onların konsentrasiyası yataqların əmələ gəlməsinə səbəb olur. Pnevmatoliz yüksək temperatur və maqmatik emonasiyaların birgə təsirilə süxurların dəyişilməsinə (pnevmatolitik metamorfizm) səbəb olur. Pnevmatoliz, adətən, hidrotermal proseslərlə müşayiət olunur.

Həmçinin bax

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.