Psixotron silahlar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Psixotron silahlar — müasir elmdə psixikanı idarə etməyə imkan verən hipotetik texniki qurğular. Müasir elmdə insanın düşüncə aparatının mexanizmini izah etməyə cəhd edən bir neçə nəzəriyyə mövcuddur ki, onlardan biofiziki, biokimyəvi və soliton nəzəriyyələri xüsusilə aktualdır. Bunlardan birincisində – insanın fikir əməliyyatları beyində baş verən müxtəlif elektrik, maqnit və ya elektromaqnit hadisələri ilə, ikincisində – kimyəvi proseslərlə əlaqələndirilir, sonuncu isə – bunun sinirlərdə yayılan xüsusi tənha dalğalar (solitonlar) vasitəsilə baş verən hal olduğunu izah etməyə cəhd göstərir. Deyilən məsələ ilə bağlı konkret nəticələrin əldə edilməsi, telepatiyanın mexanizmini açıqlayar, digər tərəflərdənsə, lazımi fikirləri insanların beyninə xüsusi dalğalar, sahələr, kimyəvi preparatlar vasitəsilə yeritməyə imkan verərdi.

Xarici keçidlər