Qıtqın yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qıtqın yaşayış yeriNaxçıvan Muxtar Respublikasında arxeoloji abidədir

Tarixi coğrafi yerləşməsi

Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir.

Mədəni təbəqə

Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir.

Tarixi dövrləşdirilməsi

Arxeoloji material Qıtqın yaşayış yerinin IX–XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir.[1]

Mənbə

Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,"Şərq-Qərb", 2008, 632 s.

İstinadlar

  1. Novruzlu Ə. İ., Baxşəliyev V. B. Culfa bölgəsinin arxeoloji abidələri. Bakı, 1993., s. 44–47