Qıtqın yaşayış yeri

Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir

Tarixi coğrafi yerləşməsi[redaktə | mənbəni redaktə et]

Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir.

Mədəni təbəqə[redaktə | mənbəni redaktə et]

Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir.

Tarixi dövrləşdirilməsi[redaktə | mənbəni redaktə et]

Arxeoloji material Qıtqın yaşayış yerinin IX-XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir. [1]

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Novruzlu Ə.İ., Baxşəliyev V.B. Culfa bölgəsinin arxeoloji abidələri. Bakı, 1993., s. 44-47